Norman Ozborn

Norman Ozborn
ing. Norman Osborn
Rəssam Kalman Andrasofszki tərəfindən "Dark Reign" (azərb. Qaranlıq hakimiyyət‎) komiksinin üz qabığında təsvirlənmiş rəsm əsəri: The Goblin Legacy #1 (iyul, 2009. Marvel Comics)
Rəssam Kalman Andrasofszki tərəfindən "Dark Reign" (azərb. Qaranlıq hakimiyyət‎) komiksinin üz qabığında təsvirlənmiş rəsm əsəri: The Goblin Legacy #1 (iyul, 2009. Marvel Comics)
Nəşriyyat Marvel Comics
Yayım tarixi Yaşıl qoblin kimi:
"The Amazing Spider-Man" #14 (iyul 1964)
Norman Ozborn kimi:
"The Amazing Spider-Man" #37 (iyun 1966)
Dəmir patriot kimi:
"Dark Avengers" #1 (mart 2009)
Meyson Benks kimi: "Superior Spider Man" #17 (noyabr 2013)
Qırmızı qoblin kimi:
"The Amazing Spider-Man" #798 (aprel 2018)
Yaradıcı(lar) Sten Li
Stiv Ditko
Xüsusiyyətlər
Əsl adı Norman Vircil Ozborn
Doğum yeri
Cinsiyyəti insan mutatı
Boyu 180 sm
Çəkisi 84 kq
Göz rəngi yaşıl
Saç rəngi qırmızı
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Oscorp
Məşum altılıq
Daily Bugle
Qeyri-insani fəaliyyətləri üzrə komissiya
Şimşək zərbələri
H.A.M.M.E.R.
Qara qisasçılar
Qara iks-adamlar
Qiyamçılar
Qoblin milləti
Düşmənləri Hörümçək-adam
Ləqəbləri Yaşıl qoblin, Dəmir patriot, Super-Adaptoid, Qoblin kralı, Overlord, Meyson Benks, Qırmızı qoblin
Gücləri

Təcrübəli alim

  • Qoblin formulasını udması ilə bağlı qeyri-insani güc, dözümlülük, dayanıqlılıq, çeviklik və reflekslər
  • Regenerativ şəfa faktoru
  • Dahi-səviyyəli zehin
  • Əl-ələ döyüş və döyüş sənəti bacarığı
  • Qoblin silahlarından və qoblin planerindən istifadə

Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur.

Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri OzbornQabrielSara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir.

Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor OsminoqMisterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıqQara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır.

Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb. Ozborn, Hörümçək-adamın ən böyük düşmənlərindən və bütün zamanların ən böyük komiks cinayətkarlarından biridir. Personajın populyarlığı müxtəlif marçendayz məhsullarında istifadə edilməsi, real-dünya strukturlarından ilhamlanması (park attraksionları kimi), bir sıra mediada istinad edilməsində görünür. Ozborn, Hörümçək-adamın düşməni olaraq canlı-ekşn, animasiyavideo-oyun uyğunlaşdırmalarında istifadə edilmişdir. Personajı Uillem Defo 2002-ci ilin istehsalı "Hörümçək-adam" filmində, Kris Kuper isə 2014-cü ilin istehsalı "Heyranedici Hörümçək-adam 2" filmində canlandırıb. Neyl Ross, Alan Reçins, Stiven Blum, Stiven UberCoş Kiton, 1981, 1994, 2008, 2012 və 2017-ci illərdə Hörümçək-adam animasiyasında Ozbornu səsləndiriblər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search